Romero "Atletiko"ya doğru: Londonun müdafiə ulduzu madrid yolunda
İngiltərənin “Tottenhem” klubunun müdafiəçisi Kristian Romero, İspaniyanın “Atletiko Madrid” klubuna transfer olmaq üzrədir.
Minval.info xəbər verir ki, italiyalı insayder Nikolo Skira, sosial şəbəkə hesabında bu barədə məlumat yayıb. Məlumata görə, argentinalı futbolçu “Atletiko Madrid” ilə 2030-cu ilin yayına qədər müqavilə şərtlərində razılığa gəlib. Həmçinin, müqavilənin 2031-ci ilə qədər uzadılması imkanı da mövcuddur. Romero, illik 6 milyon avro maaş alacaq.
Hazırda Madrid klubu, transferin baş tutması üçün “Tottenhem” ilə danışıqları davam etdirir. London təmsilçisi, 28 yaşlı müdafiəçi üçün 40-45 milyon avro təzminat tələb edir. Futbolçunun özü də rəhbərlikdən transferə icazə verilməsini istəyib.
Kristian Romero, 2025/2026 mövsümündə İngiltərə Premyer Liqasında 23 oyunda iştirak edərək 4 qol vurub və 1 məhsuldar ötürmə edib. UEFA Çempionlar Liqasında isə 8 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək