Ərinin ölümünün ildönümü günü qardaşı ilə birgə can verdi - TƏFƏRRÜAT (AZƏRBAYCANDA)
Goranboy rayonunun Qızılhacılı kəndində bacı və qardaşın ölümü ilə nəticələnən hadisənin təfərrüatı məlum olub.
Aprelin 10-da “Mercedes” markalı avtomobilə çırpılan “VAZ 2107”dəki şəxslər qəbiristanlıqdan qayıdırmış. Belə ki, bir neçə il əvvəl aprelin 10-da Qızılhacılı kənd sakini Cəmilə Məmmədovanın həyat yoldaşı vəfat edib. Bu səbəbdən də o, bacısı, gəlini və nəvəsi ilə birgə qardaşı Sahib Abdullayevin maşını ilə kənd qəbiristanlığına ziyarətə gedib. Ziyarətdən geri qayıdan ailə üzvləri kənd yolunda sürətlə hərəkət edən “Mercedes”in zərbəsinə tuş gəlib.
Lent.az xəbər verir ki, Sahib Abdullayevin idarə etdiyi avtomobili vuran “Mercedes”in sürücüsü Elmar Tağızadənin sürücülük vəsiqəsi olmayıb. O, məktəbi yeni bitirib və hərbi xidmətə yola düşməyə hazırlaşırmış. Aprelin 13-də həbi xidmətə yollanmalı olan Elmar atasından xahiş edərək maşınını alıb və dostları ilə yola çıxıb. Onlar yolda digər dostlarının idarə etdiyi “Toyota Prado” ilə ötüşüblər. Ötüşmə zamanı “Mercedes” “Prado”ya sürtünüb və sürücünün idarəetməsindən çıxaraq yolun əks istiqamətinə keçib. Nəticədə avtomobil öz yolu ilə hərəkət edən “VAZ 2107”yə çırpılıb. Qəza vaxtı “Mercedes”in spidometri saatda 137 kilometr sürətlə hərəkət edirmiş.
Digər məlumata görə, qəza vaxtı “Mercedes”i Elmar deyil, digər dostu sürürmüş.
Qeyd edək ki, dəhşətli hadisə nəticəsində S.Abdullayev və sərnişinlərindən bacısı Cəmilə Məmmədova hadisə yerində ölüb. C.Məmmədovanın qızı, gəlini və nəvəsi isə ağır xəsarət alıb.
Goranboy RPŞ tərəfindən araşdırma aparılır.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda DƏHŞƏT - Ata ilə oğul azyaşlı qızı zorladılar
Goranboyda ikimərtəbəli evdə yanğın oldu
Ölkədən qızılın qanunsuz çıxarılmasının qarşısı alınıb
Bakıda dəhşətli qəza — Qatar avtobusu vurdu (VİDEO)
Bakıda 4 yaşlı qızı öldürüb quyuya atan qonşusu HAKİM QARŞISINDA
Şəhid Mübariz İbrahimovun ailəsi ilə bağlı yayılan xəbər yalan çıxdı