"Real" "Tottenhem"in baş məşqçisini kluba dəvət etməkdə maraqlıdır
“Real” rəhbərliyi son uğursuzluqları nəzərə alaraq İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Maurisio Poçettinonu baş məşqçi vəzifəsinə təyin etmək imkanını nəzərdən keçirir.
“Report” xəbər verir ki, “Daily Mail” və İspaniyada bəzi mətbu orqanlarının məlumatına görə, Madrid klubunun nümayəndələri argentinalının ətrafı ilə əlaqə yaradıblar və mütəxəssis “Real”da işləməkdə maraqlıdır.
Poçettinonun London klubu ilə sazişi 2021-ci ilə qədər nəzərdə tutulub və əməkdaşlığın vaxtından əvvəl dayandırılmasını nəzərdə tutmur. Odur ki, məşqçi komanda sahibi Daniel Levini onu İspaniyaya buraxmağa razı salmalıdır. Eyni zamanda “Tottenhem”mütəxəssislə yollarını ayırmağa hazır deyil. Çünki “Hotspur”un əsas oyunçular hesab edilən Harri Keyn, Dele Alli və Uqo Lyorisi komandada saxlaması birbaşa Poçettinonun klubda uzunmüddətli gələcəyi ilə əlaqəlidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək