Real Madrid gənc ispaniyalı ulduzu transfer edir
“Real Madrid” klubu gənc ispaniyalı futbolçu Serxio Martinesi heyətinə qatmağa hazırlaşır. İspaniyanın “Rasinq Santander” klubunda çıxış edən 19 yaşlı yarımmüdafiəçinin transferi üçün Madrid təmsilçisi ilə razılıq əldə olunub.
Minval.info xəbər verir ki, tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, “Real Madrid” bu transfer üçün 3 milyon avro ödəyəcək və Martineslə 2030-cu ilin yayına qədər müqavilə imzalanacaq. Gənc futbolçunun “Kastilya”da forma geyinməsi və eyni zamanda əsas komandanın məşqlərinə cəlb olunması planlaşdırılır.
Serxio Martines “Rasinq Santander”in yetirməsidir və İspaniyanın aşağı yaş qrupları üzrə milli komandalarında çıxış edib. Onun “Real Madrid”ə keçidi ilə bağlı bir sıra digər klubların da maraq göstərdiyi, lakin futbolçunun karyerasını Madrid klubunda davam etdirmək qərarına gəldiyi bildirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək