“Real Madir”in kapitanı Ramos oyun zamanı tualetə qaçdı

Madridin “Real” komandasının kapitan və müdafiəçisi Serxio Ramos “Eybar”la İspaniya çempionatı zamanı ayaqyoluna qaçıb.
Oxu.Az-ın Lenta.ru-ya istinadla verdiyi xəbərə görə, futbolçu baş hakimin yanına qaçaraq ona nəsə söyləyib.
Az heyətlə oynayan “Real”ın hesabı dəyişməyib. Lakin müdafiəçi meydana qayıdan zaman Madrid komandası qələbə topunu vurub.
Matçdan sonrakı mətbuat konfransı zamanı baş məşqçi Zinəddin Zidan futbolçunun tualetə qaçdığını bildirib:
“O, bir az incidi. Serxio təcili olaraq ayaqyoluna getməli idi. Buna görə də soyunma otağına qaçdı və tezliklə meydana qayıtdı”.
Ramos isə “Twitter” səhifəsində olanları təsdiqləyib: “Təbiət çağırır. Getdim-qayıtdım. Güc topladım. Qol vurdum. Evimizə qayıdırıq. Belə saxlamalı”.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldonun koronavirus testi yenə müsbət çıxdı
"Qalatasaray" 4 futbolçu üçün hərəkətə keçdi - ADLAR
AFFA-nın baş katibi oyun alverindən danışdı:"Bu virusun kökünü kəsəcəyik"
“Qəbələ”nin məşqçisi qəzada həlak oldu
İspan hücumçudan Ronaldo etirafı: "Onu rahat buraxın"