"Real"dan "Mançester Siti"yə ağır zərbə
Bu mövsüm La Liqada çempionluq mübarizəsindən uzaq düşən “Real” yayda heyətinə bir neçə ulduz futbolçu qatacaq.
Bununla bağlı hər gün yeni xəbərlər yayılır, “Kral Klubu”nun transfer siyahısında olan futbolçuların adları açıqlanır.
Fanat.Az xəbər verir ki, “Real”ın hədəfindəki futbolçulardan biri də “Mançester Siti”nin ulduzu Leroy Sanedi. “Manchester Evening News”un məlumatına görə, İspaniya klubu Almaniya millisinin üzvü üçün rəsmi təklif göndərməyə hazırlaşır. İddialara görə, madridlilər “Mançester Siti”yə 80 milyon avro təklif edəcək.
Qeyd edək ki, “Mançester Siti” bu mövsüm Premyer Liqanın ən yaxşı gənc futbolçularından biri olan Leroy Sane 2016-cı ildə “Şalke 04″dən 50,5 milyon avroya transfer edib. Hazırda “Transfermarkt”ın 75 milyon avro qiymət qoyduğu 22 yaşlı futbolçu cari mövsümdə meydana çıxdığı 45 rəsmi oyunda 13 qol vurub və 16 məhsuldar ötürmə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Osimhen və Lemina 3 həftəlik sıradan çıxdı
Neftçi Şəfanı darmadağın etdi: 4:1!
Neymarın zədəsi: Santosda uzun fasilə gözlənilir
Sabah və Zirə liderlik üçün üz-üzə!
Luis Enrike PSJ ilə 2030-cu ilədək qalır
Kamil Zeynallı Tailandda rahibin duasını aldı
Xoruldama: Yuxuda nəfəs dayanmasının təhlükəsi!