"Real"da inqilab: iki ulduz gedir, onlar gəlir
“Real” yayda heyətində ciddi islahatlara gedəcək. Artıq iki ulduz futbolçunun komandanı tərk edəcəyi bəllidi.
“El Mundo Deportivo”nun məlumatına görə, Qaret Beyl və Kərim Benzema yola salınacaq. Artıq hər iki futbolçuya bu barədə məlumat verilib.
“Real”ın transfer siyahısındakı bir nömrəli hədəf Neymardı. Amma braziliyalı ulduzun bu tezliklə PSJ-dən ayrılması gözlənilmir.
Digər hədəflər isə “Tottenhem”dən Harry Keyn və “Çelsi”dən Eden Hazard hesab olunur. “Real”ın Beyl və 110 milyon avro təklif edərək Eden Hazardı transfer etmək istədiyi deyilir. Uelsli ulduz üçün digər variantlar isə “Mançester Yunayted” və “Tottenhem” hesab olunur.
Qeyd edək ki, “Real” Beyli 2013-cü ildə “Tottenhem”dən 101 milyon avroya alıb. 28 yaşlı futbolçu cari mövsümdə 22 rəsmi oyuna çıxaraq 9 qol vurub və 6 məhsuldar ötürmə edib.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Benzema isə 2009-cu ildə “Lion”dan “Real”a 35 milyon avroya transfer olunub. 30 yaşlı hücumçu cari mövsümdə meydana çıxdığı 27 rəsmi matçda 7 qol vurub və 5 məhsuldar ötürmə verib.
Fanat.Az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
