15.02.2023 - 13:46
Foto 115 baxış

Radiatorın suyunu içərək həyatda qaldı

Kahramanmaraşda 7,6 bal gücündə baş verən zəlzələdən xilas olanlardan biri də 31 yaşlı Gökhan Karadır.

Musavat.com xəbər verir ki, o, açıqlamasında zəlzələ sonrası radiatorun partlamış su borusundan su içərək sağ qaldığını bildirib.

Ayaqlarının beton plitələrin altında qaldığını deyən Gökhan Kara, zəlzələ baş verən zaman yataq otağında olduğu üçün yorğan vasitəsilə də soyuqdan qoruna bildiyini deyib.

Musavat.com

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: