Rəsul Çunayev: Bir-iki ay əvvəl karyeramı bitirməyi düşünürdüm – VİDEO

Yunan-Roma güləşçimiz Rəsul Çunayev Rusiyada keçirilən Avropa çempionatını gümüş medalla başa vurub.
Minval.İnfo-nun xəbərinə görə, 72 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Rusiya güləşçisi Adam Kuraka qalib gəldiyi görüşdə uduzub – 5:9.
Olimpiya mükafatçımız final görüşündən sonra verdiyi açıqlamada uduzmasında zədələrinin ona mane olduğunu bildirib:
“Mənim belimdə yırtıq var. Bir-iki ay əvvələ qədər karyeramı bitirmək istəyirdim. Azərbaycan çempionatında zədəmə görə iştirak edə bilmədim. Tam sağalmağım üçün yarışlardan tam uzaqlaşmağım və bir il müalicə almağım lazımdır. Ancaq belə də olmur. Baş məşqçimiz Şaban Donat məni yığmaya yenidən qaytaran şəxs oldu. Hər dəfə iki-üç gün istirahət edirəm, sonra məşqə başlayıram. Ancaq zədə yenə öz sözünü deyir. Finalda da tam gücümlə mübarizə aparmağıma bu imkan vermədi”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanlı futbolçu kazinoda 100 min dollar uduzub
“Azərbaycanda insanların stadiona az gəlməsi qəribədir” – serb futbolçu
İtaliya çempionatı: "Yuventus" "Milan"la heç-heçə oynadı
Messi karyerasında 6-cı dəfə "Qızıl buts"a sahib olub
Transferdən ən çox qazanan 10 Avropa klubu - 527 milyon xalis gəlir…