Qurban Qurbanov: "Həddindən artıq istəkli olmalıyıq" - FOTO
“Bizim üçün hər oyun vacibdir. Onlardan biri də sabahkı matçdır. Hamımız qələbə gözləyirik. Lakin əsas məsələ öz futbolumuzu sərgiləməkdir”.
Minval.info xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oktyabrın 24-də UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Kiprin APOEL komandasına qarşı Bakıda keçirəcəkləri oyundan əvvəl deyib.
47 yaşlı mütəxəssis Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan mətbuat konfransında sualları da cavablandırıb.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
– Mahir Emreli və Xayme Romeronun durumu necədir? Araz Abdullayev “18-lik”də olacaqmı?
– Mahir Emreli və Xayme Romero komanda ilə məşqlərə başlayıb. Onların “18-lik”də olmaq ehtimalları çoxdur. Sabahkı məşqdən sonra qərar verəcəyik. Araz Abdullayev də böyük ehtimalla “18-lik”də olacaq.
– Avqustda qarşılaşdığınız APOEL ilə indiki komanda arasında nə kimi fərqlər var?
– O vaxt yeni baş məşqçi gəlmişdi. Komanda istəkli idi və hansı oyun üslubunda oynayacaqlarını bilmirdik. Ancaq indi daha çox bir yerdədirlər, daha təcrübəli olublar. Hər bir çətinliyə hazır olmalıyıq.
– “Qarabağ”ın qrupdan çıxma şansı nə qədərdir?
– Faizlə demək istəməzdim. Qrupdakı digər nəticələri gördünüz. Bu oyuna görə fikir bildirmək düz deyil. Son matça qədər mübarizə gedəcək. Bütün komandaların qrupdan çıxmaq şansı var. Həm “Qarabağ”, həm də APOEL üçün çətin olacaq. Həddindən artıq istəkli olmalıyıq. İndi komandalar bir-birilərini daha yaxşı tanıyırlar.
Məhəmməd Türkmən
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
13 yaşlı azarkeş beş il stadionlara buraxılmayacaq







