“Qurban Qurbanov diktator kimidir” - Ndlovu

2016-2017 mövsümündə “Qarabağ”da çıxış edən, daha sonra Çinin “Xançjou Qrintaun” klubuna keçən Dino Ndlovu zimbabveli Xama Biliata məsləhətlər verib.
“Qafqazinfo” Kickoff.com-a istinadən xəbər verir ki, Ndlovu adı “Qarabağ”la hallanan Biliatın bu kluba keçməzdən öncə ətraflı düşünməyi tövsiyə edib:
““Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov nizam-intizama çox diqqət yetirir. Futbola çox bağlıdır. İstəyir ki, futbolçular yatanda da futbolu düşünsün. Diktator kimidir (gülür).
Gecə həyatını sevən futbolçuları xoşlamır. O, şəhər barədə hər şeyi bilir, futbolçularının hər addımına nəzarət edir. Futbolçularından evə nə vaxt gəldiyini və gecəni harda keçirdiyini soruşur. Sizin nə cavab verəcəyiniz önəmli deyil. Onsuz da hər şeyi bilir”.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Osimhen və Lemina 3 həftəlik sıradan çıxdı
Neftçi Şəfanı darmadağın etdi: 4:1!
Neymarın zədəsi: Santosda uzun fasilə gözlənilir
Sabah və Zirə liderlik üçün üz-üzə!
Luis Enrike PSJ ilə 2030-cu ilədək qalır
Kamil Zeynallı Tailandda rahibin duasını aldı
Xoruldama: Yuxuda nəfəs dayanmasının təhlükəsi!