Qurban Qurbanov bu futbolçunu millidən kənarlaşdırdı
Elvin Yunuszadə milli komandanın heyətindən kənarlaşdırılıb.
Minval.info xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
Buna səbəb kimi futbolçunun nizam-intizam qaydalarını pozması göstərilir.
Qeyd edək ki, milli komandamızın baş məşqçisi Qurban Qurbanov Araz Abdullayevlə Elvin Yunuszadənin adını Belarus yığması ilə yoldaşlıq görüşünün iştirak ərizəsinə daxil etməmişdi. Mütəxəssis bildirmişdi ki, hər iki futbolçu kiçik xətaya yol verdikləri üçün kənarda qalıblar: “Ola bilər ki, onlardan biri Antalyaya Makedoniya ilə yoldaşlıq görüşünə getsin, digəri yox. Oyundan sonra otelə qayıdacağıq və yekun qərarımı verəcəyəm. Amma böyük xəta deyil”.
Məlumat üçüb bildirək ki, Elvin Yunuszadə “Qarabağ”ın futbolçusudur.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Bu kluba loqoya görə yox, futbol üçün keçdim" - Eriksen
AVRO-2020-nin oyunlarına ən ucuz bilet Bakıya olacaq
Ronaldu “Mançester Siti”yə keçə bilər
Əfqanıstanda qadın idmançılar təcavüzə məruz qalır - Şok iddia
"Qarabağ"ın yeni transferi: "Çox möhtəşəm bir kluba gəlmişəm"
"Neftçi" klubunda yeni təyinat olub
"Barselona"nın Arda Turan planı üzə çıxdı