Bakıda iki yük maşını toqquşub: Yaralanan var (FOTO)
Bakının Nərimanov rayonunda ağır yol qəzası olub.
“Minval.info” APA-ya istinadən xəbər verir ki, avtoqəza Ziya Bünyadov prospekti ilə Alı Mustafayev küçəsini birləşdirən yolötürücü tuneldə baş verib və iki yük maşınının toqquşması ilə nəticələnib.
1973-cü il təvəllüdlü Abbasov Tərlan Əldilşad oğlu idarə etdiyi “Shacman” markalı yük avtomobili ilə keçmiş Karl Marks dairəsi istiqamətində hərəkətdə olan zaman avtomobil qarşıda hərəkət edən “KamAZ” markalı digər yük maşınına çırpılıb. Məlumata görə, hadisəyə səbəb “KamAZ”ın sürücüsünün qəfildən əyləcdən istifadə etməsi olub.
Avtoqəza nəticəsində sürücü T.Abbasov xəsarət alaraq, 1 saylı Xəstəxanaya çatdırılıb. Onun ayağının sındığı məlum olub.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib


