Qaranlıqda naməlum maşın: Bakı-Qazax yolunda dəhşətli qəza və xəsarətlər
Ucar rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər xəsarət alıb. Hadisə avqustun 17-də gecə saatlarında baş verib.
Minval.info xəbər verir ki, xəsarət alanlar dərhal Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 2005-ci il təvəllüdlü şəxsin sol bud sümüyü sınıb, 2003-cü il təvəllüdlü şəxsin isə sol saidində cırılmış yara aşkarlanıb. Onlara lazımi tibbi yardım göstərilib və hazırda vəziyyətləri stabil olaraq qiymətləndirilir.
Hadisə Bakı-Qazax magistralının Pirkənd kəndindən keçən hissəsində baş verib. Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü Qasım Adıgözəlovun idarə etdiyi “Mercedes” markalı avtomobilə naməlum bir maşın arxadan çırpılıb və hadisə yerindən qaçıb. Toqquşma nəticəsində avtomobil əvvəlcə beton arakəsməyə, sonra isə işıq dirəyinə çırpılıb.
ƏLAQƏLİ
Astarada faciəvi hadisə: 60 yaşlı kişi əncir ağacından yıxılaraq həyatını itirdi
Qəza zamanı avtomobildə olan sərnişinlər – Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Tofiq Əsgərli və Gəncə şəhər sakini, 2003-cü il təvəllüdlü Mahir Ələsgərov müxtəlif dərəcəli xəsarətlər alıblar. Sürücü, gecə saatları olduğundan, onu vuran avtomobilin markasını müəyyən edə bilməyib.
Qeyd edək ki, bu, son iki gün ərzində Bakı-Qazax magistralının Ucar rayonundan keçən hissəsində baş verən beşinci yol-nəqliyyat hadisəsidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Cəlilabadda rus sürücünün kabusu: Yük maşını yanaraq kül oldu
Ağstafada avtomobil yolunda atla gözlənilməz toqquşma: Sürücü xəsarət aldı