Qarabağ "Tvente" üzərində gözlənilməz qələbə qazandı
Futbol mütəxəssisi Aslan Kərimov, “Qarabağ”ın avrokuboklarda növbəti mərhələyə keçmək şanslarını dəyərləndirib. O, komandanın Niderlandda “Tvente” üzərində qazandığı 1:0 hesablı qələbənin gözləntilərdən daha yaxşı nəticə olduğunu bildirib.
Minval.info xəbər verir ki, Kərimovun sözlərinə görə, heyətin böyük hissəsinin dəyişməsi və əsas futbolçuların zədələnməsi fonunda “Qarabağ”ın bu qədər aktiv oyun nümayiş etdirməsi gözlənilməz olub. “Düzü, “Qarabağ”ın belə aktiv oynayacağını düşünmürdüm. Bunun əsas səbəblərindən biri heyətin böyük hissəsinin dəyişməsi idi. Üstəlik, Elvin Cəfərquliyev və Bikalyonun zədələnməsi də komandanın oyununa təsir göstərə bilərdi. Buna baxmayaraq, “Qarabağ” gözləntilərimizin əksinə olaraq yaxşı çıxış etdi”, – deyə mütəxəssis qeyd edib.
Kərimov, ilk dəqiqələrdə “Tvente”nin üstünlük qazandığını, lakin təxminən 25-30 dəqiqədən sonra “Qarabağ”ın oyuna nəzarəti ələ almağa başladığını bildirib. Onun fikrincə, Ağdam təmsilçisinin rəqibin pressinqindən çıxmasında topa nəzarət əsas rol oynayıb. “Qarabağ”ın ən yaxşı etdiyi işlərdən biri topu itirməməsi idi. Komanda bir cinahdan digərinə keçidlər etməklə rəqib futbolçuları böyük məsafələr qət etməyə məcbur edirdi. “Tvente” ön xəttdə pressinq etdikdə “Qarabağ” bu təzyiqdən çıxa bilir, rəqib yarımmeydanına qədər irəliləyirdi. Nəticədə niderlandlı futbolçular davamlı şəkildə geri qayıtmalı olur və bu da onların fiziki baxımdan yorulmasına gətirib çıxarırdı”, – deyə o vurğulayıb.
Mütəxəssis ikinci hissədə “Tvente”nin təzyiqinin artdığını, buna baxmayaraq “Qarabağ”ın cinah hücumundan sonra hesabı açmağa nail olduğunu bildirib. O, qapıçının da kritik məqamlarda komandanı xilas etdiyini söyləyib.
Kərimov hesab edir ki, “Tvente” üzərində 1:0 hesablı qələbə “Qarabağ”a müəyyən üstünlük versə də, bu nəticə mərhələnin taleyini həll etmir: “İndi səfər qolu qaydası tətbiq olunmur. Ona görə də 1:0 hesabı böyük üstünlük deyil. Bu nəticə “Qarabağ”a Bakıda daha rahat oynamaq imkanı verə bilər, amma “Tvente” istənilən anda qol vurmaq gücündə olan komandadır. Onlar Bakıda daha riskli oynayacaqlar. “Qarabağ”ın Bakıda da kifayət qədər qol imkanları olacaq. Əsas məsələ həmin fürsətləri qola çevirməkdir.
“Tvente”nin oyun strukturu və kombinasiyalı futbolu yüksək səviyyədədir. “Qarabağ” rəqibə uzun müddət topa sahib olmaq imkanı verməməlidir. Ağdam təmsilçisinin mərhələni keçəcəyinə və komandanın növbəti mərhələdə mübarizəni davam etdirəcəyini inanıram”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda şok: Kişi əməliyyatdan sonra yataq xəstəsi oldu-VİDEO
ABŞ-dən İrana qarşı yeni hərbi əməliyyatlar
Şəhid ailələri və qazilərə pulsuz mənzil şansı!
Hamilə bloger ağaca bağlanaraq yandırıldı
Alkoqolun xərçənglə əlaqəsi: Yeni araşdırma şok etdi
FHN SOCAR-da yanğın-taktiki təlim keçirdi
Yol polisi uşaqlar üçün təhlükəsizlik aylığı keçirir