23.03.2018 - 16:24
İdman
3 baxış
"Qarabağ" məşhur futbolçunu transfer edir (RƏSMİ)
“Qarabağ” Cənubi Afrika Respublikasının “Mamelodi Sandaunz” klubunda oynayan Xama Billiatın transferindən vaz keçməyib.Minval.info Fanat.az-a istinadən xəbər verir ki, bu barədə futbolçunun meneceri məlumat verib.
Menecer bildirib ki, “Qarabağ” Zimbabve millisinin üzvü ilə danışıqları davam etdirir: “Onunla bir neçə klub maraqlanır. Bunlardan biri “Los Anceles Qalaksi”di. Billiat “Qarabağ”ın da gündəmindədi və danışıqlar davam edir. O, gələn mövsüm CAR-da qalmayacaq. Çox güman ki, “Qarabağ”da oynayacaq”.
“Los Anceles Qalaksi” ABŞ-ın ən güclü klublarından biridi. Komandanın heyətində Eşli Koul, Conatan Dos Santos, Covanni Dos Santos, Emmanuel Boatenq kimi ulduzlar çıxış edir. Los Anceles klubunun bu həftə Zlatan İbrahimoviçlə də müqavilə bağlayacağı deyilir.
“Qarabağ” Billiatı uzun müddətdi transfer etmək istəyir. Qışda “Mamelodi Sandaunz” 2,5 milyon avro tələb etdiyi üçün keçid baş tutmamışdı.
Qeyd edək ki, Billiat karyerasına Zimbabvenin “CAPS Yunayted” klubunda başlayıb. 2010-cu ildə CAR-ın “Ayaks Cape Tovn” klubuna transfer olunub. “Mamelodi Sandauns” onu 2013-cü ildə 690 min avroya transfer edib. Hazırda “Transfermarkt” 27 yaşlı hücumçuya 1,85 milyon avro qiymət qoyub. Billiat “Mamelodi Sandauns”la 2 dəfə CAR çempionluğunu, 1 dəfə ölkə kubokunu, 1 dəfə Afrika Çempionlar Liqasını və 1 dəfə Super Kubokunu qazanıb.
O, 2011-ci ildən Zimbabve yığmasına çağırılır. Bu müddətdə 26 oyun keçirərək 7 qol vurub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Barcelona Dembeleni satır
30.10.2018 - 12:58
DÇ-2026: Azərbaycan - Fransa oyununun hakimləri müəyyənləşib
14.11.2025 - 15:15
"Mançester Yunayted" 17 yaşlı Əmir İbrahimovu transfer ETDİ
03.04.2025 - 21:49
Mahiri nə "Beşiktaş" istəyir, nə də bu ölkənin klubları - AÇIQLAMA
11.01.2021 - 13:25
"Qarabağ"ın futbolçusu Türkiyə Super Liqasına transfer olunur
30.01.2018 - 10:15
Azərbaycan - Malta görüşünün qolları - Video
15.10.2018 - 09:35
Qurban Qurbanov: "Çexiyada təkcə yaxşı oyun göstərmək qalır"
22.08.2022 - 11:00