"Qarabağ” komandasını tərk edən ilk futbolçunun adı məlum olub
“Qarabağ” komandasını tərk edən ilk futbolçunun adı məlum olub.
Minval.info saytı “Report”a istinadən xəbər verir ki, komanda cari mövsümün əvvəlində Yunanıstanın PAOK klubundan 1 illik icarəyə götürülmüş Pedro Enrike ilə yollarını ayırıb.
İcarə müddəti başa çatmış braziliyalı yarımmüdafiəçi ilə yeni müqavilə imzalanmayıb.
Ağdam klubu 28 yaşlı oyunçuya göstərdiyi xidmətlərə görə təşəkkür edərək, gələcək karyerasında uğurlar arzulayıb.
Pedro Enrike “Qarabağ”ın heyətində 26 matçda 6 qola imza atıb. O, Azərbaycan təmsilçisinin Çempionlar Liqasının qrup mərhələsində vurduğu ilk qolun müəllifi olub. “Sambaçı” 2017-ci il sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçirilmiş görüşdə İtaliya “Roma”sını məyus edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Qarabağ” Çempionlar Liqası üçün heyətini təqdim etdi - Foto
FİFA Almaniya yığmasının əməkdaşlarını cərimələdi
"Çelsi" ilə oyuna 45 mindən çox bilet satılıb
"Real" Ronaldoya əvəzləyicilər tapdı
Penaltini qaçırdığına görə evini daşa basdılar
Ronaldo yenidən "Real"da?
Avroliqa oyunu: Yəmən yəhudiləri bakılılara qarşı
