"Qarabağ"ın futbolçusu Türkiyə Super Liqasına transfer olunur

Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Riçard Almeyda “Bursaspor”a transfer oluna bilər. Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, Bursa klubu milliləşdirilmiş futbolçumuzla danışıqlar aparır.
“Bursaspor”un baş məşqçisi Pol Le Quen klub rəhbərliyindən yarımmüdafiəningücləndirilməsini istəyib. Transfer pəncərəsinin qapanmasına bir neçə gün qalmış bu istiqamətdə çalışmalar gücləndirilib. Super Liqa klubunun hədəfində “Feyenoord”undan 33 yaşlı Kərim əl-Əhmədi və “Qarabağ”ın 29 yaşlı braziliyalı yarımmüdafiəçisi var.
Qeyd edək ki, “Bursaspor” bu yaxınlarda Azərbaycan milli komandasının futbolçuları Dəniz Yılmaz və Ozancan Kökçü ilə yollarını ayırıb. Yılmaz “Gənclərbirliyi”nə transfer olunub, Kökçü isə Hollandiya “Valveyk”inə icarəyə verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək