“Qarabağ”da daha bir ayrılıq... - Foto
“Qarabağ”ın daha bir legioneri klubdan ayrılıb.
Oxu.az-ın kluba yaxın mənbədən əldə etdiyi məlumata görə, bu, qapıçı İbrahim Şehiçdir.
Onun müqaviləsi başa çatır. Bosniya və Herseqovina millisinin qolkiperi yeni müqavilə şərtləri ilə razılaşmayıb və komandanı tərk etmək qərarı verib.
Bu xəbəri klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov təsdiq etməsə də, təkzib də etməyib:
“Bizdə bir çox futbolçuların klubla müqavilələri başa çatıb. İbrahim də həmin futbolçular arasındadır”.
Qeyd edək ki, İbrahim Şehiç 2013-cü ilin oktyabrından “Qarabağ”da çıxış edirdi. “Qarabağ”ın digər qapıçısı ukraynalı Anton Kanibolotskidir.
Xatırladaq ki, “Qarabağ”dan ayrılması dəqiqləşmiş digər futbolçular Riçard Almeyda, Pedro Enrike, Əfran İsmayılov və Rahid Əmirquliyevdir.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Messi və Ronaldu eyni komandada oynayacaq!
Tibb müəssisələrində onlayn növbə sistemi genişlənir
Osimhen və Lemina 3 həftəlik sıradan çıxdı
Neftçi Şəfanı darmadağın etdi: 4:1!
Neymarın zədəsi: Santosda uzun fasilə gözlənilir
Sabah və Zirə liderlik üçün üz-üzə!
Luis Enrike PSJ ilə 2030-cu ilədək qalır