02.08.2026 - 21:32
Ölkə 35 baxış

Qarabağ azarkeşləri polşada: Dinamo Kiyevlə matç üçün bilet satışı başladı

“Qarabağ” futbol klubunun “Dinamo Kiyev” ilə qarşılaşacağı UEFA Konfrans Liqasının III təsnifat mərhələsi oyunu üçün biletlər satışa təqdim edilib.

Minval.info xəbər verir ki, Ağdam təmsilçisinin mətbuat xidməti bu barədə məlumat yayıb. Lyublin şəhərində yerləşən “Arena Lublin” stadionunda keçiriləcək oyunda “Qarabağ” azarkeşləri üçün ayrılmış biletlərin qiyməti 49 Polşa zlotisi, yəni 23 AZN-dir.

Azarkeşlərdən bilet alışı zamanı e-mail ünvanlarını düzgün qeyd etmələri və stadiona girişdə şəxsiyyət vəsiqələrini təqdim etmələri xahiş olunur. Biletləri bu linkdən əldə etmək mümkündür.

“Dinamo Kiyev” və “Qarabağ” arasındakı qarşılaşma avqustun 6-da Bakı vaxtı ilə saat 21:00-da, yerli vaxtla isə 19:00-da start götürəcək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: