“Qalatasaray” futbolçusunu İngiltərə klubuna satır
“Qalatasaray”ın futbolçusu Badu Ndiaye karyerasını İngiltərədə davam etdirməyə hazırlaşır.
Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, seneqallı yarımmüdafiəçi “Stok Siti” ilə anlaşıb.
Premyer Liqa təmsilçisinin hətta “Qalatasaray”la danışığı da müsbət nəticələnib. Anlaşmaya əsasən, 28 yaşlı orta sahə oyunçusunun keçidi “sarı-qırmızılılar”a 15 milyon funt-sterlinq qazandıracaq.
Yeganə problem futbolçunun ötən il Seneqal yığmasında tələb olunan sayda oyun keçirməməsidi. Belə ki, İngiltərədəki qanunlara əsasən, FİFA reytinqində 21-30-cu yerlərdə qərarlaşan ölkələrin oyunçuları il ərzində yığmanın minimum 60 faiz matçında iştirak etməlidi. Ndiayenin oyun sayı tələb olunan qədər olmadığından “Stok Siti” bu problemi yoluna qoymağa çalışır.
Qeyd edək ki, Bado Ndiaye “Qalatasaray”a ötən il “Osmanlıspor”dan keçib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək