"Qəbələ" Roman Qriqorçukla yollarını ayırıb - Rəsmi
“Qəbələ” klubu baş məşqçi Roman Qriqorçukla yollarını ayırdığını rəsmən açıqlayıb.
Minval.info-un klubun saytına istinadən verdiyi məlumata görə, bu qərar Azərbaycan Kubokunun final matçının ardından rəhbərliklə ukraynalı mütəxəssis arasındakı görüş zamanı qəbul olunub. Həmin görüşdə müqavilənin uzadılmaması qərara alınıb. “Qəbələ” İdman Klubu Qriqorçuka 2015 – 2018-ci illərdə komandadakı uğurlu fəaliyyətinə görə təşəkkür edib, ona gələcək həyatında və karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, 2015-ci ilin əvvəlindən “Qəbələ”nin baş məşqçisi olan Roman Qriqorçuk bu postda 3,5 mövsüm çalışıb. “Qırmızı-qaralar”la Premyer Liqada 2 dəfə gümüş (2016/2017, 2017/2018), 2 dəfə bürünc (2014/2015, 2015/2016) mükafat qazanan ukraynalı mütəxəssis 2 dəfə Azərbaycan Kubokunun finalına (2016/2017, 2017/2018) qədər irəliləyib. Qriqorçukun rəhbərliyi altında 3 dəfə Avropa Liqasında çıxış edən “Qəbələ” 2015/2016 və 2016/2017 mövsümlərində turnirin qrup mərhələsinə qədər yüksəlib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Messi və Ronaldu eyni komandada oynayacaq!
Tibb müəssisələrində onlayn növbə sistemi genişlənir
Osimhen və Lemina 3 həftəlik sıradan çıxdı
Neftçi Şəfanı darmadağın etdi: 4:1!
Neymarın zədəsi: Santosda uzun fasilə gözlənilir
Sabah və Zirə liderlik üçün üz-üzə!
Luis Enrike PSJ ilə 2030-cu ilədək qalır