"Qəbələ"nin hücumçusu: "Bütün komanda şokdadır"
“Çətin oyun oldu. “Keşlə” yaxşı komandadır və bizə ciddi müqavimət göstərdi. Təəssüf ki, uduzduq. Amma bu, həyatdır, hər şey ola bilər”.
“Report”un məlumatına görə, bunu Azərbaycan Kubokunun finalında “Keşlə”yə 0:1 hesabı ilə uduzan “Qəbələ” klubunun futbolçusu Stiven Jozef-Monroz jurnalistlərə açıqlamasında deyib. 28 yaşlı hücumçu bərabər səviyyəli oyunun taleyini bir qolun həll etdiyini bildirib: “Bizim də təhlükəli epizodlarımız oldu. Kuboka çox yaxınlaşmışdıq. Amma hər şeyi 1 qol həll etdi. Bütün komanda şokdadır, hamımıza çətindir”.
Fransalı oyunçu məğlubiyyətin səbəblərini deməkdə çətinlik çəkdiyini də əlavə edib: “Bu haqda danışmaq mənə ağırdır. Niyə belə olduğunu bilmirəm. Hamı meydanda var gücü ilə oynadı, amma nəticədə “Keşlə” qələbə qazandı”.
Jozef-Monroz “Qəbələ”dəki gələcək taleyinə də toxunub: “Bu oyundan sonra evə istirahətə yollanacağam. Sonra isə Avropa Liqasının seçmə mərhələsinə hazırlıq olacaq. Komandadakı gələcəyimlə bağlı hər hansı problem görmürəm. Azərbaycanda qalacağam. “Qəbələ” ilə davam edən müqaviləm var və sonuna qədər oynamaq istəyirəm. Bu komandada çıxış etmək xoşuma gəlir”.
Qeyd edək ki, Stiven Jozef-Monroz “Qəbələ”yə 2017-ci il iyunun 23-də transfer olub. O, həmin vaxt 2 illik müqaviləyə imza atıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Messi və Ronaldu eyni komandada oynayacaq!
Tibb müəssisələrində onlayn növbə sistemi genişlənir
Osimhen və Lemina 3 həftəlik sıradan çıxdı
Neftçi Şəfanı darmadağın etdi: 4:1!
Neymarın zədəsi: Santosda uzun fasilə gözlənilir
Sabah və Zirə liderlik üçün üz-üzə!
Luis Enrike PSJ ilə 2030-cu ilədək qalır