Psixoloqdan qalmaqallı sözlər: "Yuxuda deputat gördünüzsə gününüz uğursuz olacaq" - VİDEO
Space Tv-də yayımlanan “El bizim, sirr bizim” verilişində maraqlı hadisə baş verib.
Minval.İnfo xəbər verir ki, efirə getməyən “Elm, yoxsa din?” mövzu ətrafında hazırlanmış verilişdə bir neçə dəfə mübahisə yaşanıb.
Mübahisələrdən birində Azvision.az saytının baş redaktoru maraqlı məsələyə toxunub. O, din tərəfdən çıxış edən psixoloq (İnternet mənbələrində onun müğənni olduğu da ortaya çıxıb – red) Səid Nurtəbriziyə belə bir sual ünvanlayıb: “Müəllifi olduğunuz yuxu yozma kitabında yazmışınız ki, “İnsan yuxuda millət vəkili görürsə deməli onun işi pis gedəcək”. Hansı əsaslarla, araşdırmalarla bu qənaətə gəlmisiniz? Elm bax, belə şeyləri inkar edir”.
Səid Nurtəbrizi isə ona cavabında belə deyib: “Sənin kimi insanlar gedir dolayısı yolla millət vəkili olurlar. Mən onları nəzərdə tutmuşam”.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev səfirlikdəki hadisəni terror hücumu adlandırdı
Bu şəxslər cəzalandırılmalıdır - Polkovnik sərt danışdı
Müğənni Zenfira İbrahimova cərimələndi - Yol polisi reyd keçirdi (VİDEO)
Ev tikdirmək istəyənlərə sevindirici xəbər - 110 manat ucuzlaşdı