Prezident bu məmurların işinə son verdi - SƏRƏNCAM
Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədr müavinləri Nazim Məmmədov və Şahin Bağırov vəzifələrindən azad olunublar.
Prezidentin digər sərəncamları ilə İqbal Babayev və Cavad Qasımov Dövlət Gömrük Komitəsinin sədr müavinləri təyin olunub.
Qeyd edək ki, bu təyinata qədər İqbal Babayev Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, Cavad Qasımov isə Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi vəzifəsində çalışıblar.
Dövlət Gömrük Komitəsindən APA-ya bildirilib ki, Komitənin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinə Təmkin Xəlilov, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin isə Səməd Qaralov rəis təyin ediliblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Ermənilər heyvanlara mina bağlayıb üstümüzə göndərirdi" - VİDEO
Dilqəm Əsgərovun oğlu: Atamı bizdən gizlədirlər
Göygöl polisinə yeni rəis təyin olundu
Dünyada koronavirusa yoluxanların sayı bəlli oldu
Lukaşenko Donbas separatçılarını tanımağa hazırlaşır
“Veysəloğlu”nun konfetindən qurd çıxdı - Fotolar