Pol Aron Bakıda azarkeşlərin səmimiliyindən təsirləndi
Estoniyalı avtoidmançı Pol Aron Bakı Şəhər Halqasına böyük qiymət verərək, şəhərin memarlığını və yerli mətbəxi xüsusilə vurğulayıb. Formula 1 həftəsonunda Bakıya gələn Aron şəhər, trek və azarkeşlər haqqında təəssüratlarını bölüşüb. Onun sözlərinə görə, Bakı Şəhər Halqası təqvimin ən maraqlı traslarından biridir.
Minval.info xəbər verir ki, Aron Bakı treki haqqında “Bu, yarış üçün ən yaxşı treklərdən biridir. Təqvimdəki ən uzun düzlüklərdən biri buradadır və bu, həmişə mübarizə üçün çoxlu imkan yaradır. Mən Bakı trasını ilk 10-luğa daxil edərdim – mənim qiymətim beş ulduzdur,” deyə bildirib.
Bakının memarlığı Pol Aron üçün xüsusi təəssürat yaradıb. O, şəhərin bej rəngli daş binalarını və müasir tikililərin harmoniyasını çox bəyəndiyini söyləyib. “Şəhərdə bu iki üslub bir-birinə yaxşı uyğunlaşır,” deyə o, əlavə edib.
Formula 1 yarışları Malayziyaya qayıdır: Sepang trasında həyəcanlı anlar
Aron yerli azarkeşlər haqqında da müsbət fikirlər səsləndirib. Onun sözlərinə görə, azarkeşlər çox səmimi və xüsusidir. “Hətta bir məqamda məni yaxından izləyirdilər – bu, başqa yarışlarda başıma gəlməmişdi,” deyə o vurğulayıb.
Azərbaycan mətbəxi də onun rəğbətini qazanıb. Pol Aron xüsusilə quzu ətini və yerli mətbəxin müxtəlif dadlarını qeyd edib. “Bakının enerjisi, insanların səmimiyyəti və müasirliklə tarixi bir araya gətirən ab-havası xoşuma gəldi,” deyə o bildirib.
Gələcəkdə Bakıya yenidən səfər etmək istədiyini bildirən Aron, şəhəri daha çox gəzmək və yerli yeməklərdən yenidən dadmaq arzusunda olduğunu deyib. Pol Aron kartinqdən başlayan karyerası ərzində gənc avtoidmançılar arasında diqqət çəkən pilotlardan biri olaraq tanınır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Formula 1 yarışları Malayziyaya qayıdır: Sepang trasında həyəcanlı anlar
Mançester Siti maliyyə qaydaları pozuntusuna görə apellyasiya verib
Polis iti NHL oyunundan əvvəl meydanın loqosunu çirkləndirdi
Azərbaycan üzgüçüləri dünya kubokunda rekordlar qırdılar
AFFA Lixtenşteynlə heç-heçəyə görə futbolçulara mükafat verəcək
Türkiyədə tanınmış futbol hakimi Yasin Kol həbs edildi
Mahir Emreli: Bu oyun bizim ayıbımız olaraq yadda qalacaq