Plastik qabların dəhşətli zərəri - Dünya imtina etməyə başlayıb
Britaniya xəbər yayım şirkəti “BBC” 2020-ci ilə qədər plastik qab və butulkaların qurum ərazisində istifadəsinə qadağa qoyacaq.
Qərara “BBC”də yayımlanan “Blue Planet II” sənədli filmi səbəb olub. Filmdə plastik qab və butulkaların təbiətə və ekologiyaya ciddi zərərlərindən bəhs edilir. Xüsusilə dəniz və su hövzələrində canlıların məhv olmasına gətirib çıxarır.
“BBC”nin baş direktoru Tony Hall mətbuata açıqlamasında deyib ki, sənədli filmdən sonra plastik qabların təbiətə zərərini görəndə heyrətə gəlib. Hazırda şirkət ərazisində əməkdaşlar və ziyarətçilər tərəfindən illik 2 milyona yaxın plastik qab və butulkalardan istifadə olunur. Bu ildən başlayaraq 2020-ci ilin sonunadək birdəfəyə məxsus istifadə üçün nəzərdə tutulan plastik qablara tamamilə qadağa qoyulacaq.
Qeyd edək ki, bu tip qabların istifadəsinin dayandırılması üçün atılan addımlara Britaniya Kraliçası və Şotlandiya Parlamenti də dəstək verib.(Medicina.az)
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı