Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadının işi ilə bağlı yeni detallar
Pakistanda üç şəxsin təcavüzünə məruz qalan Azərbaycan vətəndaşı Diana Bağıyevanın işi ilə bağlı yeni məlumatlar üzə çıxıb. Minval.info xəbər verir ki, sosial media platformalarında Diana Bağıyevanı Pakistana gətirən şəxslə birgə çəkilmiş fotoşəkil yayılıb.
İddialara görə, bu şəxs pakistanlı iş adamı Zain Buxaridir. Diana Bağıyevanın ondan 2.5 milyon Pakistan rupisi, yəni təxminən 15 min manat məbləğində pul aldığı bildirilir.
Zain Buxari və onun 25 ildən çox dostu olan Şabir Əhməd arasında münaqişə də Diana Bağıyevanın adı ilə əlaqələndirilir. Bu münaqişə nəticəsində onların dostluğu pozulub və Zain Buxari, “Nəqaş” ləqəbli Şabir Əhmədi öldürməyə cəhddə günahlandırılır.
Pakistan mediasının verdiyi digər məlumatlara əsasən, Diana Bağıyeva hal-hazırda ailə üzvləri ilə əlaqə saxlamır və onun yaxın vaxtlarda Azərbaycana qayıtması gözlənilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Quba-Xınalıq yolunda torpaq sürüşməsi nəticəsində yol bağlandı
Bakıda bağlı qapı arxasında qalan 2 nəfər xilas edildi, 1 meyit tapıldı
Azərbaycanda itkin düşən 9 nəfər tapıldı
SOCAR-ın Qaz Emalı Zavodunda genişmiqyaslı yanğın-taktiki təlim keçirildi
Flydubai təyyarəsində kopilot kapitanı balta ilə hücuma məruz qoyub
Flydubai təyyarəsində terror cəhdi: ikinci pilot baltayla hücum etdi
Flydubai təyyarəsində kopilotun hücum cəhdi: İstintaq davam edir