Özünü DTX əməkdaşı kimi qələmə verib insanlardan pul alır - VİDEO
Son günlər sosial şəbəkələrdə özünü Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşı kimi təqdim edən şəxsin insanlardan pul aldığına dair paylaşımlar edilir.
İddia edilir ki, həmin şəxs daha çox paytaxtın Nəriman Nərimanov metro stansiyasının çıxışında taksilərə minir və bir qədər yol getdikdən sonra sürücülərdən pul tələb edir.
Dövlət Təhlükəsizlik Xidməti ( DTX ) əməkdaşı kimi özünü təqdim edib, sürücülərdən pul alan bu şəxsin kim olduğu məlum deyil. Son aylarda müntəzəm olaraq taksi fəaliyyəti göstərən şirkətlərin proqramları üzərindən komfort tipli maşınları idarə edən sürücülər bənzər hadisələrdən şikayətçidirlər.
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
Bütün bu hadisələri birləşdirən isə eyni görüntüyə malik olan sərnişindir. Səliqəli geyimdə (adətən kostyum, qalstuk, qara və ya ağ köynək) olan bu şəxs sürücülərdən müxtəlif bəhanələrlə, müxtəlif məbləğlərdə vəsaitlər alaraq aradan çıxır. Sürücülər Daxili İşlər Nazirliyinin ərazi üzrə polis bölmələrinə müraciət etdiklərini bildirirlər. Məsələ burasındadır ki, həmin şəxs (və ya şəxslər) öz əməllərini eyni ssenari üzərindən hələ də davam etdirir(lər).
Musavat.com xəbər verir ki, oxu.az məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanlayıb. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev sorğuya cavab olaraq bildirib ki, sözügedən məsələdən məlumatlıdırlar:
“Məsələ ilə bağlı araşdırma aparılır. Nəticə barədə ictimaiyyətə məlumat veriləcək”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Dirilən Adam” serialı - Tezliklə AZTV-də (VİDEO)
Qadın müəllimin geyimi sosial mediada müzakirələrə səbəb oldu - VİDEO
SON DƏQİQƏ! Türkiyədə təyyarə qəzaya uğradı - Ölənlər var - VİDEO