27.03.2018 - 14:39
İdman
1 baxış
Oyun zamanı meydana girib, Ronaldunu öpdü - VİDEO
Futbol üzrə Portuqaliya və Hollandiya yığmaları arasındakı yoldaşlıq görüşündə qeyri-adi hadisə baş verib.Oyunun 61-ci dəqiqəsində bir neçə azarkeş meydana girərək, portuqaliyalı hücumçu Kriştianu Ronalduya tərəf qaçıb. Onlardan biri Ronaldunu öpərək, onunla selfi edib. Həmin şəxsin əslən bosniya və herseqovinalı, hazırda İsveçrədə çalışan məşhur komik Samir Alik olduğu müəyyənləşib.
İsveçrənin Karuja şəhərində təşkil olunmuş qarşılaşma hollandiyalıların böyük hesablı qələbəsi ilə yekunlaşıb – 3:0. Qolları Memfis Depay, Rayan Babel və Vircil van Deyk vurub. 61-ci dəqiqədə Joau Kanselu qırmızı vərəqə aldığı üçün Portuqaliya millisi oyunu azlıqda başa vurub.
Qeyd edək ki, Kriştianu Ronaldu mövsümdə ilk dəfə “narıncılar”ın qapısına bir zərbə də vura bilməyib və 68-ci dəqiqədə əvəzlənib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Real"da 1,1 milyardlıq müqavilə - REKORD
06.11.2018 - 12:44
Futbol üzrə dünya çempionları Bakı Olimpiya Stadionunda oynaya bilər
15.11.2019 - 11:18
Ronaldonun saymaqla qurtarmayacaq sərvəti - SİYAHI
10.03.2018 - 14:56
“Neftçi” – “Qəbələ” matçının vaxtı dəyişdirildi
11.06.2020 - 16:45
Avropada ölkə çempionatlarının bərpa tarixi məlum olub - SİYAHI
15.05.2020 - 14:56
Bakıda daha bir ilk: bacı-qardaş dünya çempionu oldu - FOTO
21.09.2018 - 19:48