Onlayn gətirilən "Xiaomi" telefonları "Azərpoçt"da oğurlanır - İDDİA
Onlayn şirkətlər vasitəsilə məhsul sifariş verən müştərilər müəmmalı vəziyyətlə qarşılaşıb.
Minval.info xəbər verir ki, sifariş edilən “Xiaomi” mobil telefonlarının onlara çatmadığı bildirilir. İddiaya görə, əsasən, “Not 5” model telfonlar müştərilərin gözünü yolda qoyur.
Onların bəziləri buna görə “Azərpoçt” ASC-yə qarşı ciddi ittiham irəli sürüb. Belə ki, əksər vətəndaşların iddiasına görə, telefonlar qurumda çalışanlar tərəfindən oğurlanıb.
Məlumat qapalı “Xiaomi Azərbaycan” qurupunda yayılıb və bu halın artıq bir neçə nəfərin başına gəldiyi qeyd olunub.
Hətta Ağasəf Məmmədli adlı istifadəçi deyir ki, “Azərpoçt” şöbələrindən birinə müraciət edən qohumuna qurumun işçiləri tərəfindən telefonların oğurlandığı bildirilib.
Deyilənlərlə bağlı minval.info qurumla əlaqə saxlayıb.
Adını açıqlamayan “Azərpoçt” əməkdaşı bunun çox ciddi məsələ olduğu bildirilib: “Əgər belə hal baş versəydi, ən azından bir nəfər bizə şikayət müraciəti ünvanlayardı. Biz açıq qurumuq, çox asanlıqla bunu edə bilərlər. Dəfələrlə olub ki, vətəndaş göndərilən bağlamanın ona çatmadığından şikayət edib. Sonradan məlum olub ki, bağlamanın üzərində ünvan doğru qeyd olunmayıb. Həmin adam bundan sonra yazdığı statusa görə bizdən üzr istəyib”.
Qurum əməkdaşı həmçinin qeyd edib ki, məsələ “Azərpoçt” ASC tərəfindən araşdırılacaq.
Samir Mirzə / Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xızıda ana və 3 uşağı itkin düşdü - Fotolar
İnsan beyninə çip taxdılar - 15 dəqiqə ərzində bunlar baş verdi
Elçibəyin həyat yoldaşı vəfat etdi
Xəzərə düşən MİQ-29-un yeri MÜƏYYƏNLƏŞDİ
Azərbaycan Dövlət Akademik Filarmoniyasından 18+ görüntülər - VİDEO
Bakıda marketlərin inanılmaz fırıldağı - Hər şey videoya çəkildi (VİDEO)
Röya sinəsini açıb, ətəyini qaldırıb rəqs etdi - Video



