"Nümunəvi polis" cinayət qurbanlarını zorlayırmış
Böyük Britaniyada iki polis əməkdaşı cinayət qurbanlarını zorladıqları üçün məhkəməyə verilib.
Minval.İnfo xəbər verir ki, hər iki cinayətkarın bu haqda yazışmaları “Daily Mail” nəşrində yayımlanıb. Məlumatda bildirilir ki, polis əməkdaşları yazışmalarında onlara şikayət edən şəxsləri təhdid edərək onlarla cinsi əlaqəyə girməyəcəkləri təqdirdə şikayətlərinə baxmayacaqlarını bildiriblər.
Bundan başqa, polis əməkdaşlarının bir qadına və polisə şikayət məqsədilə zəng vurmuş sürücüyə qarşı kobud rəftarlarının video görüntüləri də tapılıb.
Hər iki polis əməkdaşı Edvard Benqri və Con Teylor vəzifələrindən azad edilib. Benqri və Teylor öz izahatlarında bütün bu hadisələrdən bixəbər olduqlarını və cinayət törətmədiklərini qeyd ediblər.
Qeyd edək ki, hər iki polis vaxtı ilə öz işlərində nümunəvi polis adını alıblar. Edvard Benqa 2016-cı ildə boğulan azyaşlı oğlanı xilas etdiyi üçün də xüsusi mükafat alıb.
Zeynəb
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
