Neymar üçün "Real Madrid"dən fantastik məbləğ tələb etdilər
“Real Madrid”in Neymarı transfer etmək arzusu davam edir. İspaniya nəhənginin braziliyalı hücumçu üçün mövsüm sonunda addım atacağı gözlənilir.
Minval.info xarici KİV-ə istinadən xəbər verir ki, Paris Sen-Jermen Neymarı Madrid təmsilçisinə vermək üçün 400 milyon tələb edib. Neymarın vəkilləri və atası ilə görüş keçirən Real Madrid rəsmiləri transferlə bağlı müzakirə aparıblar. 400 milyondan əlavə Neymarın uğurları üçün əlavə bonuslar veriləcəyi də vəd edilib.
Xatırladaq ki, Neymar “Madridlilər”in qarşısına şok edəcək bir tələb qoymuşdu.
Messinin kölgəsində qaldığı üçün “Barselona”dan ayrılan braziliyalı futbolçu eyni problemi “Real Madrid”də də yaşamaq istəmədiyi üçün klub prezidenti Perezdən Ronaldo və Qaret Beylin satılmasını istədiyi iddia edilirdi.
Neymarın həmçinin transfer ediləcəyi halda ulduz futbolçu Zinəddin Zidanın da klubdan göndərilməsini tələb etmişdi.
Dəniz
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Neymarın zədəsi: Santosda uzun fasilə gözlənilir
Sabah və Zirə liderlik üçün üz-üzə!
Luis Enrike PSJ ilə 2030-cu ilədək qalır
Kamil Zeynallı Tailandda rahibin duasını aldı
Xoruldama: Yuxuda nəfəs dayanmasının təhlükəsi!
Argentina futbolu Messini 1 dəqiqə alqışlayacaq
UEFA "Fənərbağça" və futbolçularını araşdırır
