"The New York Times": Şübhəli şəxs qisas hissinə görə Nyu-Yorkda partlayış törədib

Nyu-Yorkda avtovağzal ərazisində partlayış törətməkdə şübhəli bilinən 27 yaşlı Akayed Ulla müstəntiqlərə ifadəsində hücumu ABŞ-ın İŞİD-in Suriya və başqa yerlərdəki obyektlərinə avizərbələr endirməsinə cavab olaraq həyata keçirdiyini bildirib.
“Report” xəbər verir ki, bu barədə “The New York Times” qəzeti yazıb.
Polis əməkdaşlarının məlumatına görə, şübhəli şəxs hücum üçün yeri Milad afişalardan istifadə edərək seçib.
Onun Avropadakı terror hücumları ilə “motivasiya” olduğu qeyd edilir.
Müstəntiqlər onun təkbaşına hərəkət etdiyini düşünürlər, amma digər versiyaları da araşdırırlar.
“Hesab edirəm ki, o, ölməyə hazır idi, videoda onun simləri birləşdirdiyini gördük”, – hüquq-mühafizə orqanı əməkdaşlarından biri anonimlik şərti ilə deyib.
Nəşrdə həmçinin qeyd edilir ki, A.Ulla Bruklindəki Banqladeş anklavında yaşayıb. O, bombanın çertyojunu internetdə tapdığını və onu evdə yığdığını etiraf edib. Rəsmi şəxslər onun elektrik kimi çalışdığını və işi ilə əlaqədar bombası üçün materiallar tapdığını bildiriblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib