Nepalda 9 gün tuneldə qalan işçilər xilas edildi
Nepalın Rasuva bölgəsində baş verən sel hadisəsi nəticəsində hidroelektrik stansiyasının tunelində qalan iki işçi 9 gün sonra xilas edilib. Avqustun 26-da baş verən təbii fəlakət zamanı “Trishuli 3A” su elektrik stansiyasının tunelində itkin düşən işçilərin axtarışı Nepal ordusu və polis əməkdaşları tərəfindən həyata keçirilib.
Minval.info xəbər verir ki, xilasedicilər tuneldən gələn səsləri eşidərək, divarı açmaqla işçilərə çatmağı bacarıblar. Xilas edilən şəxslər dərhal helikopterlə paytaxt Katmandudakı xəstəxanalara çatdırılıb və onların vəziyyətinin stabil olduğu bildirilib. Tuneldə başqa şəxslərin də qalma ehtimalı ilə bölgədə axtarış-xilasetmə işləri davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib