30.09.2026 - 16:36
"Nar" süni intellektli "AiNar" köməkçisini təqdim etdi
Texno 3 baxış

"Nar" süni intellektli "AiNar" köməkçisini təqdim etdi

Ölkənin tanınmış mobil operatoru “Nar”, müştəri təcrübəsini daha da inkişaf etdirmək üçün “Nar+” tətbiqində süni intellekt texnologiyasından istifadə edən “AiNar” köməkçisini təqdim edib. Bu yeni həll müştərilərin sorğularını operativ şəkildə emal edərək onlara 24/7 rejimində dəstək göstərməyi hədəfləyir.

Minval.info xəbər verir ki, “AiNar”ın geniş imkanları müştərilərə tarif və internet paketləri haqqında məlumat əldə etmək, onları aktivləşdirmək və ya deaktivləşdirmək, rouminq xidmətlərini idarə etmək kimi funksiyaları təqdim edir. Eyni zamanda, eSIM transferi, kredit xidməti və yeni nömrə əldə etmək kimi sorğulara da cavab verir. Tarif məsləhətçisi funksiyası isə müştərilərə ehtiyaclarına uyğun tarif seçimi təklif edir.

Hazırda “AiNar” Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərir və müştərilərə növbə gözləmədən operativ dəstək almaq imkanı yaradır. Gələcəkdə “AiNar”ın funksionallığının genişləndirilməsi və fərdiləşdirilmiş satış təkliflərinin təqdim edilməsi planlaşdırılır.

“Nar” hazırda 2,2 milyon abunəçiyə xidmət göstərir və son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə görə Azərbaycanda lider mobil operator olaraq tanınır. Bu uğurun arxasında “Nar”ın müştəriyönümlü strategiyası dayanır və operator müştərilərinə sərfəli qiymətlərlə yüksəkkeyfiyyətli rabitə xidmətləri təqdim edir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: