Nəsimi rayonunda alovlu gecə: 28 May küçəsində obyekt məhv oldu
Bakı şəhərinin Nəsimi rayonu, 28 May küçəsində yerləşən bir obyekt yanğın nəticəsində zərər görüb. Hadisə zamanı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları dərhal əraziyə cəlb olunub.
Minval.info xəbər verir ki, yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində ikimərtəbəli kommunal tipli yaşayış binasının birinci mərtəbəsində yerləşən və ümumi sahəsi 360 kvadratmetr olan obyektin yanğını qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində obyektin tavanı, içərisindəki sarj avadanlıqları, dörd velosiped, binanın ikinci mərtəbəsindəki ikiotaqlı mənzilin 12 kvadratmetr sahəsi və digər ikiotaqlı mənzilin 9 kvadratmetr sahəsi yanıb. Lakin obyektin və mənzillərin qalan hissəsi yanğından mühafizə olunub.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı