"Nə? Harada? Nə zaman?" üzrə IV Azərbaycan Kubokunun finalı keçiriləcək
“Nə? Harada? Nə zaman?” üzrə I VAzərbaycan Kubokunun finalı keçiriləcək “Nə? Harada? Nə zaman?” oyunu üzrə IV Azərbaycan Kubokunun finalçıları məlum olub.
Minval.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Atəşgah İntellektual Oyunlar Klubu tərəfindən təşkil olunmuş “Nə? Harada? Nə zaman?” oyunu üzrə IV Azərbaycan Kubokunun seçim mərhələsi başa çatıb.
Aprel və may aylarında baş tutmuş iki seçim turu nəinki paytaxtda, həmçinin ölkənin bir neçə regionunda keçirilmişdir. Bakıdakı yarışda ilk 16 yeri tutmuş komanda, regionlarda isə müvafiq region üzrə ilk yeri tutmuş komandalar Azərbaycan Kubokun finalında mübarizə aparmağa haqq qazandılar. Yaxın günlərdə Azərbaycan Kuboku finalının qrup oyunlarının püşkatma mərasimi keçiriləcək.
“Nə? Harada? Nə zaman?” oyunu üzrə IV Azərbaycan Kubokunun finalı 3 İyun 2018-ci il tarixində Park Inn Radisson otelində keçiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Osimhen və Lemina 3 həftəlik sıradan çıxdı
Neftçi Şəfanı darmadağın etdi: 4:1!
Neymarın zədəsi: Santosda uzun fasilə gözlənilir
Sabah və Zirə liderlik üçün üz-üzə!
Luis Enrike PSJ ilə 2030-cu ilədək qalır
Kamil Zeynallı Tailandda rahibin duasını aldı
Xoruldama: Yuxuda nəfəs dayanmasının təhlükəsi!