Müəllim məktəbin süpürgəçisini zorladı - Azərbaycanda dəhşət
Cəlilabad rayonunda müəllim məktəbin təmizlik işçisini zorlayıb.
Hadisə rayonun Muğan kənd tam orta məktəbində baş verib.
Belə ki, həmin məktəbin müəllimi B.A (ad şərtidir) 2017-ci ildə həmin məktəbin təmzlik işçisi A.Z.-yə təcavüz edərək onunla cinsi əlaqədə olub və həmin anı mobil telefonu vasitəsi ilə videoqeydiyyata alıb.
Bir neçə gün bundan əvvəl məktəbin müəllimi B.A. yenidən təmizlik işçisi ilə cinsi əlaqəyə girmək istəyib. Lakin təmizlik işçisi buna etiraz edib. B.A. onunla cinsi əlaqədə olmasını əks etdirən videogörüntüləri sosial şəbəkələrdə yaymaqla şantaj edib. Təmizlik işçisi onunla yenə də cinsi əlaqədə olmaq istəmədiyini bildirib. Bundan sonra müəllim həmin videogörüntüləri kənd sakinləri arasında yayıb.
Baş verən hadisə ilə bağlı kənd sakinləri tərəfindən Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edilib. Polis şöbəsində araşdırmalara başlanılıb.(report.az)
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ Hörmüzdə gizli minatəmizləmə əməliyyatı aparıb
Qazaxda avtomobil qəzası: İki qardaş yaralandı
Zaqatalada mağaza yanğını: Xəsarət alan yoxdur
Türkiyədə aviasiya mərkəzində təyyarə yanğını!
Sabunçuda su qəzası: İçməli su israfı!
İstanbulda oteldə yanğın: 12 yaralı xəstəxanada
Şahbuzda faciəvi qəza: Üç nəfər həlak oldu