Moldovada Rusiyanın xəbər proqramlarının yayımı qadağan edilib
Moldovada Rusiyanın xəbər proqramlarının yayımı qadağan edilib.
RİA “Novosti”-nin məlumatına görə, bu barədə qanunu Moldova parlamentinin spikeri imzalayıb.
Bildirilir ki, Moldova parlamentinin sədri Andrian Candu ölkə prezidenti İgor Dodo-nun əvəzinə Televiziya və Radio Məcəlləsinə dəyişikliklər edilməsi barədə respublikada Rusiyanın xəbər və informasiya-analitik verilişlərinin yayımını qadağan edən qanunu təsdiqləyib.
ƏLAQƏLİ
2 əsrlik Zaqatala qalasında gördüklərimiz: Çar Rusiyasının işğalını ilan təhlükəsi əvəzləyib - FOTO
Ötən il Moldova prezidentinin qəbul etmədiyi “xarici təbliğat”la mübarizəni nəzərdə tutan qanunu ölkə parlamenti qəbul etmişdi.
Prezident İgor Dodo iki dəfə bu qanunu imzalamaqdan imtina edib və Konstitusiya məhkəməsinə müraciət edib. Məhkəmə isə nəinki Dodo-nun şikayətini təmin edib, əksinə bu qanunu parlament sədrinin və ya baş nazirin təsdiqləməsinə icazə verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"15 hərbçi yanğından əvvəl öldürülmüşdü"
LAÇINda çörək satan qazi : "Mən bura qazanc dalınca gəlməmişəm...
İranın Turan qapısı qorxusu, iğtişaşların, təlimlərin pərdəarxası - REPORTAJ