Misir mərdanovun qədim genetik kökləri: 6000 illik tarix açıldı
Misir Mərdanovun ata nəsli Qərbi Azərbaycanın İcevan rayonunun Salah kəndindən gəlir və Dəmirlilər nəslinə mənsubdur. Onun Y DNT analizləri J1 haploqrupunun CTS1460 subkladına aid edilib. Bu subklad Qafqazın ən qədim genetik mutasiyalarından biri hesab olunur və həm Ermənistan, həm də Gürcüstan ərazilərində tapılan paleodnt nümunələrində aşkarlanıb. Bu genetik xətt Kür-Araz mədəniyyətinin davamı kimi qəbul edilir.
Minval.info xəbər verir ki, Azərbaycan DNT layihəsinin admini və genetik-tədqiqatçı Orxan Xansuvar bu barədə məlumat verib. Onun sözlərinə görə, Misir Mərdanovun ata babaları 6000 il əvvəl bu torpaqlarda yaşamış yerli və qədim soylardandır. Bu subklad, həmçinin Qərbi Azərbaycanın Əmirxeyir kəndindəki Dümələ və Salah kəndindəki Doluxanlı nəslində də müəyyən edilib. Testlərin artması ilə bu subkladın Qərbi Azərbaycanda və Azərbaycan türkləri arasında geniş yayıldığı ortaya çıxacaq.
Salah kəndi, 1867-ci il 9 dekabr tarixli çar fərmanı ilə yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olub. Misir Mərdanovun bu qədim genetik köklərə bağlılığı, onun soyunun dərin tarixə malik olduğunu göstərir.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı