Millimizin futbolçusu Almaniya klubundan qovuldu
Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Almaniyanın “Ayntraxt” klubundan qovulub.
Buna futbolçunun intizamsızlığı səbəb olub.
Əvvəllər də bir neçə dəfə qeyri-etik davranışlara yol verən hücumçunun komanda yoldaşı ilə dalaşması rəhbərliyin səbir kasasını daşırıb. Frankfurt təmsilçisinin gənc futbolçular üzrə şöbəsinin rəhbəri Armin Kraats qərarın qəti olduğunu bildirib:
“Onu intizamsızlıq səbəbindən komandadan kənarlaşdırdıq. Renat məşqlərə buraxılmayacaq. Yeni baş məşqçi yenidən imkan yaratmışdı. Lakin bundan artıq şans verilməyəcək”.
Müqavilə ilə 2020-ci ilin iyununa qədər “Ayntraxt”a məxsus olan Renatla bağlı qərara əsas komandanın baş məşqçisi Niko Kovaç da etiraz etməyib:
“Rəhbərliyin Dadaşovla bağlı qərarından xəbərim var. Bununla tam razıyam”.
Qeyd edək ki, Renat Dadaşov məşqdən sonra komanda yoldaşı ilə dalaşaraq, ona xəsarət yetirib. Bu, həmyerlimizin ilk intizamsızlığı deyil.
Bir neçə həftə əvvəl məşqdə komanda yoldaşına qarşı kobudluq edən millimizin üzvü onu zədələmişdi. Bu hərəkətindən sonra isə köməkçi məşqçi Uve Bindevald ilə mübahisə edərək, onu təhqir etməkdən də çəkinməmişdi. Oxu.Az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Neftçi Şəfanı darmadağın etdi: 4:1!
Neymarın zədəsi: Santosda uzun fasilə gözlənilir
Sabah və Zirə liderlik üçün üz-üzə!
Luis Enrike PSJ ilə 2030-cu ilədək qalır
Kamil Zeynallı Tailandda rahibin duasını aldı
Xoruldama: Yuxuda nəfəs dayanmasının təhlükəsi!
Argentina futbolu Messini 1 dəqiqə alqışlayacaq