Mikayıl Cabbarov Fazil Məmmədovun daha bir kadrını "vurdu"
Yeni vergilər naziri Mikayıl Cabbarov müavini Namiq Əliyevi qeyri-müəyyən müddətə məzuniyyətə göndərib.
Minval.İnfo-nun “Report”a istinadən verdiyi məlumata görə, nazir müavininin məzuniyyəti yeni ilin ilk iş günlərindən başlayıb.
Gözləntilərə əsasən, N.Əliyevin məzuniyyətdən qayıtmayacaq və onun yerinə yeni müavinin təyin olunacaq. Bu vəzifəyə artıq hazırkı təhsil nazirinin müavini Mətin Eynullayevin namizədliyinin irəli sürüldüyü bildirilir.
N.Əliyev 2004-cü, M.Eynullayev isə 2017-ci ildən nazir müavini kimi fəaliyyət göstərir.
Xatırladaq ki, Azərbaycan Prezidentinin 5 dekabr 2017-ci il tarixli sərəncamı ilə təhsil naziri Mikayıl Cabbarov vergilər naziri təyin olunub.
Qeyd edək ki, N.Əliyev keçmiş vergilər naziri Fazil Məmmədovun qudasıdır. Belə ki, keçmiş nazirin qızı nazir müavininin oğlu ilə ailə qurub.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Operativ Qərargah: Koronavirusdan sağalanların sayı 1 139-a çatdı
Elinanın intihar anı yayıldı - Şok video
Abbas Abbasovunun Gəncədəki biznes imperiyası necə çökdürülüb - Təfərrüat
Bakıda dana və quzu əti kəskin bahalaşdı
Azərbaycan Ordusu sakitcə Xankəndinə daxil olacaq və...
"Çempion olsanız da, bu qələbə heç kimə lazım deyil" - Fotolar
"YouTube"un baş ofisində atışma: Yaralılar var - Video (Yenilənib)