Metroda problem aradan qalxdı
Artıq Bakı Metropoliteninin Bənövşəyi xəttində qatarların hərəkəti bərpa edilib
****
Hazırda elektrik enerejisinin verilişi kəsildiyindən Bakı metropoliteninin Bənövşəyi xəttinin “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları işləmir və sərnişinləri qəbul etmir.
Minval.info xəbər verir ki, bu haqda məlumatı Bakı Metropoliteininin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O, bildirib ki, bununla əlaqədar, Bakı Nəqliyyyat Agentliyi Sumqayıt və ətraf ərazilərdən Beynəlxalq Avtovağzal Kompleksinə gələn marşrut xətləri üzrə avtobusların, müvəqqəti olaraq, metronun “İnşaatçılar”, “Memar Əcəmi” və “Nizami” stansiyalarına hərəkətini təşkil edib.
Eyni zamanda, “Avtovağzal” stansiyası istiqamətində sərnişin sıxlığının mümkünlüyünü nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi bu istiqamətdə fəaliyyət göstərən marşrut xətlərinin sayının artırılması ilə bağlı daşıyıcılara göstəriş verib.
Elektrik enerjisinin verilişi bərpa olunan kimi “Avtovağzal-Memar Əcəmi” stansiyaları arasında qatarların hərəkəti təmin ediləcək və sərnişinlər stansiyaların xidmətindən istifadə edə biləcək.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ
