"Messiyə qarşı sərt oynadım, atası üstümə qışqırdı"
PSJ-nin futbolçusu Tyaqo Motta “Barselona”lı günlərindən danışıb.
Minval.info komanda.az-a istinadən xəbər verir ki, Motta “Barsa”nın məşqində daim gərginlik olduğunu deyib. O, Lionel Messinin atasının onun üstünə qışqırmasını da xatırlayıb:
“Bir dəfə məşqdə Messiyə qarşı sərt oynadım. Onun atası dərhal mənim üstümə qışqırdı. O hesab edirdi ki, mən həddindən artıq sərt oynamışam. Ancaq onu saxlamağın başqa yolu da yox idi axı.
“Barselona”nın məşqi, sanki, müharibəni xatırladırdı. Top məndə olanda hər kəs qışqırırdı ki, ona ötürmə edim. Toqquşmalar həmişə sərt olurdu.
Motta “Barselona”da 1999-2007-ci illərdə çıxış edib. O, mövsümün sonunda karyerasını bitirəcəyini bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
2017-nin ən yaxşı qapıçı qurtarışları - VİDEO
Rəşad Sadıqova ağır itki
“Real”ın baş məşqçisi bu gün istefaya göndəriləcək
“Yuventus” - “Napoli” oyununda 7 qol vuruldu - VİDEO
“Liverpul”un futbolçusunun ayağı sındı — Foto
DÇ-2018: Meksika yığması növbəti qələbəsini qazanıb
"Qarabağ" üçün davam ya tamam matçı