"Mançester Yunayted" "Qarabağ"a iki qol vuran futbolçunu transfer etmək istəyir

Çempionlar Liqasının qrup mərhələsinin V turunda İngiltərə təmsilçisi “Çelsi”nin “Qarabağ”a 4:0 hesabı ilə qalib gəldiyi görüşdə dubl edən Villian “Mançester Yunayted”in maraq dairəsinə düşüb.
“Report” “Daily Express”ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Joze Mourinyo 29 yaşlı braziliyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Portuqaliyalı mütəxəssis “Çelsi”nin sükanı arxasında olduğu dönəmdə Villian Rusiya “Anji”sindən 30 milyona funt sterlinqə transfer olunub. İndi Mourinyo “sambaçı”nı yenidən öz sərəncamında görmək istəyir.
Qeyd edək ki, Villian İngiltərə Premyer Liqasının sonuncu – XIII turunda “Liverpul” ilə səfər matçı zamanı da fərqlənib. O, qarşılaşmanın 85-ci dəqiqəsində bərabərlik qoluna imza atıb – 1:1.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək