“Mançester Siti” İngiltərə çempionu oldu
Premyer Liqada ikinci sırada olan “Mançester Yunayted”in “Vest Bromviç Albion”a yenilməsi ilə “Mançester Siti” çempionluğunu elan edib.
Premyer Liqada bu sezon fırtına təsiri bağışlayan “Mançester Siti” 33-cü həftədə çempionluğunu elan etməyə nail olub.
Dünən “Tottenhem”i öz meydanında 3-1 məğlub edən “Mançester Siti” “Mançester Yunayted”lə xal fərqini 16-ya çıxarmışdı.
Komanda bu gün “Mançester Yunayted”in “Vest Bromviç Albion”a yenilməsi ilə Liqanın bitməsinə beş həftə qalmış çempionluq qazanmağa nail olub.
Komanda 33 həftədə 28 qalibiyyət, üç bərabərlik və iki məğlubiyyətlə 87 xal toplayıb. Pep Qvardiola idarəçiliyindəki komanda tarixində üçüncü dəfə Premyer Liqa çempionluğunu başı üzərinə qaldırıb. oxu.Az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya prezidenti Bakıda dünya çempionatını izləyəcək
İquain "Milan"da
Prosineçkinin yeni klubu müəyyənləşdi
"Sabah" klubsuz futbolçu ilə müqavilə bağladı
"Beşiktaş"ın futbolçusu keçmiş sevgilisini bezdirib - FOTOLAR
Qurban Qurbanov karantinin bitməsini gözləyir
Azərbaycanlı hakim-inspektor Avropa Liqasının oyununa təyinat alıb