Mahir Mədətov Bundesliqaya GEDİR - Komandanın ADINI AÇIQLADI
“Hazırda Bundesliqanın iki köklü komandasından transfer təklifi almışam. Hələ ki, xəbər gözləyirəm. Yanvarın 15-ə qədər hər şey məlum olacaq”.
Bu sözləri Publika.az-a “Qarabağ” klubunun gənc hücumçusu Mahir Mədətov deyib.
O, Bundesliqa təmsilçisi olan iki komandadan daha ciddi təklif aldığını gizlətməyib. M.Mədətov onu transfer etmək istəyən klubların adlarını açıqlamaq istəməsə də, biz onun “saqqızını oğurlaya bildik”…
M.Mədətov “Beşiktaş”a transfer olunacağı ilə bağlı xəbərlərə toxunaraq bunun uydurma olduğunu vurğulayıb:
“Beşiktaş”a transfer olunmağım barədə heç özümün də xəbərim yoxdur. Sadəcə bunu düşünürəm ki, ola bilsin “Qarabağ”a bu barədə müraciət ediblər. Ancaq şəxsən mənə müraciət olunmayıb. Çox vaxt belə uydurma xəbərlər yayılır və mən buna çox üzülürəm. Məndən öncə isə məşqçim üzülür. Onun da belə yersiz iddialardan xoşu gəlmir. Belə yanlış xəbərlərlə xal qazanmaq doğru deyil”.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Qeyd edək ki, 20 yaşlı futbolçu Publika.az-a geniş müsahibəsində bu və haqqında çıxan digər xəbərlərə aydınlıq gətirib. Müsahibəni sabah saytımızda oxuya bilərsiniz.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
