Macarıstan Millisinin keçmiş ulduzu ilə "Neftçi"də yeni dövr başlayır!
“Neftçi” futbol klubu yeni transferini elan edib. Macarıstan millisinin keçmiş oyunçusu Alen Şkribek, “ağ-qaralar”ın heyətinə qoşulub. 25 yaşlı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb.
Minval.info xəbər verir ki, Şkribek daha əvvəl yalnız Macarıstanda çıxış edib və son olaraq ZTE klubunun formasını geyinib. 2026/2027 mövsümündə Macarıstan çempionatının ilk üç turunda iştirak edən futbolçu, üç məhsuldar ötürmə ilə yadda qalıb. Ötən mövsümdə isə 37 matçda 11 qol və 5 assistlə diqqət çəkib.
Alen Şkribek, həm yarımmüdafiənin mərkəzində, həm də “10 nömrə” mövqeyində oynamaq bacarığına malikdir. Hər iki ayağı ilə yaxşı oynadığı üçün sağ və sol vinger mövqelərində də çıxış edə bilir. 2023/2024 mövsümündə “Pakş” klubu ilə ölkə kubokunu qazanan Şkribek, 2021-2022-ci illərdə Macarıstan U-21 yığmasının heyətində 11 oyun keçirib, 2 qol vurub və 3 assist edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək