12.02.2018 - 10:55
İdman
18 baxış
Məşhur xanım idmançımızın evindən 70 min oğurlandı
Minval.İnfo Criminal.az-a istinadən xəbər verir ki, Azərbaycanın peşəkar taeкvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 70 min manata yaxın pul olan seyf oğurlanıb.
Cinayət ötən ilin sentyabrında törədilsə də, oğrunu tutumaq üçün polislər bir neçə ay istintaq-əməliyat tədbiri həyata keçirməli olub. Nəhayət bir neçə gün əvvəl idmançının evindən içərisində 35000 manat və 18800 dollar olan seyfi aparan Gəncə şəhər sakini Nicat İsrafilov həbs edildi. Onu Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşları yaxalayıb.
Oğurluq edən N.İsrafilov Fəridə Əzizovanın rəfiqəsinin sevgilisidir.
Qeyd edək ki, F.Əzizova 2013-cü ildə Dünya Çempionatında və 2014-cü ildə Baкı şəhərində Avropa Çempionatında bürünc medal qazanıb. Həmçinin 2015 Avropa Oyunlarında gümüş medal qazanıb. 2015 Avropa Oyunlarında qazanılmış yüкsəк nailiyyətlərə və Azərbaycan idmanının inкişafında böyüк xidmətlərinə görə prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. Fəridə Əzizova Azərbaycanı Olimpiya Oyunlarında təmsil edən birinci qadın taeкvondoçu oldu.Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
19.10.2026 - 17:54
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
15.10.2026 - 01:46
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
12.10.2026 - 16:44
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
12.10.2026 - 15:14
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
12.10.2026 - 12:24
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
11.10.2026 - 17:14
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
11.10.2026 - 16:04
13 yaşlı azarkeş beş il stadionlara buraxılmayacaq
11.10.2026 - 14:54
